Minnettarım

Ferhat Göçer Azərbaycanın gənc populyar sənətçisi, həm də həkim olan Elnar Xelilovla “Münnətdaram” mahnısında duet oxuyub. Mahnının sözləri və musiqisi Elnar Xelilova məxsusdur. Klipin rejissoru Bəxtiyar Ələkbərov olub və klipə görə Bakıda xəstəxana bağlanıb. Sənətçilər klipdə iki cərrah obrazını canlandırıblar. Qısa zamanda zirvəyə yüksələn mahnı musiqisevərlərin rəğbətini qazanıb. Sözləri və musiqisi Elnar Xelilova məxsus olan mahnının aranjimanı Azərbaycan əsilli Barbod Hozouri tərəfindən edilib. Klip çəkmək üçün Bakıya gedən Ferhat Göçer çəkilişlər tamamlandıqdan sonra Türkiyəyə qayıdıb. Klipin rejissoru Bəhti Baba olub. Klipin Azərbaycanda tanıtım işləri prodüser Elnur Əhmədliyə həvalə olunub.